“Kiprdə itkin düşmüş şəxslər komitəsi olaraq biz Azərbaycan və Ermənistana kömək etməyə hazırıq”.
“İki sahil” xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Kiprdə itkin düşmüş şəxslər komitəsinin türk icmasının nümayəndəsi Hakkı Müftizadə deyib.
O bildirib ki, onların təcrübəsi hər iki ölkəyə kömək ola bilər: “Unutmaq olmaz ki, itkin düşmüş şəxslərlə bağlı problemin həllini gecikdirmək olmaz. Çünki şahidlər yaşlanır. İtkin düşən şəxslərin yerlərini müəyyən etmək üçün bizim əsas köməkçilərimiz şahidlərdir. Bu işdə digər dövlətlərin dəstəyi də mühümdür. Növbəti dəfə gələndə ümid edirəm Azərbaycanı da bu işə dəstək verən sponsorlardan biri kimi elan edə biləcəyəm”.
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər