18 sentyabr 2023 18:21
412

Britni Spirs yenidən bunu etdi

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs yenidən instaqram hesabını bağlayıb.

“İki sahil” xəbər verir ki, buna səbəb son günlər şəxsi həyatı ilə gündəmdə olan ifaçının pərəstişkarları tərəfindən tənqid edilməsi olub. 

Qeyd edək ki, Britni bir müddət əvvəl keçmiş həyat yoldaşı Sem Askeridən boşanıb. Onun hazırda öz malikanəsində ev işlərini görən 37 yaşlı Pol Riçard Solizlə sevgili olduğu iddia edilir.

Britni daha əvvəl də sosial media hesablarını silməklə gündəmə gəlib.