18 sentyabr 2023 18:28
371

Ronaldoya xalça hədiyyə edilib

Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo İrana gedib.

“İki sahil” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, komandası ilə birlikdə paytaxt Tehrana gedən Ronaldo izdihamla qarşılanıb. Azarkeşlər komandanı daşıyan avtobusu “Espinas Palace Hotel”ə qədər müşayiət ediblər.

Həmçinin bildirilib ki, Ronaldo ilə keçirilən görüş zamanı futbolçuya əllə toxunmuş İran xalçası hədiyyə edilib. Xalçanın dəyərinin 3 milyard tüməndən (təxminən 120 min manatdan) çox olduğu bildirilib.

Qeyd edək ki, sabah İranın paytaxtı Tehranın “Azadi” stadionunda “Əl Nəsr” və “Persepolis” komandaları qarşılaşacaq.

Görüş İran vaxtı ilə saat 21:30-da baş tutacaq.