18 sentyabr 2023 19:18
233

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin nə vaxt hazır olacağı məlum olub

"Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi, təxminən, yarım ilə hazır olacaq".

“İki sahil” xəbər verir ki, bu barədə rəssamın qızı Aydan Salahova məlumat verib.

Onun sözlərinə görə, abidənin müəllifi görkəmli rəssamın qızı Alagöz Salahovadır.

Qəbirüstü abidə Tahir Salahovun rəsmlərindən ibarət kompozisiyadan ibarət olacaq.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahov 2021-ci il mayın 21-də Almaniyadakı xəstəxanalardan birində vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.