Norveçin “Kongsberg Maritime” şirkəti suyun altında üzən ilanabənzər robot təqdim edib. Bu yenilik dəniz inspeksiyası və avadanlığın təmiri üçün nəzərdə tutulub.
“Eelume” adlı robotun yaradılmasına 10 il vaxt sərf olunub. Plana görə, yeni robot suyun altında tədqiqat aparan böyük ölçülü və bahalı aparatları əvəz edəcək.
Elastik və möhkəm olması sayəsində robot suda çətinliklə hərəkət edilən obyektlərə tərəf üzə bilər. Robot məsafədən idarəetmə pultu vasitəsilə idarə olunur.
Bu robot, əsasən ərazinin monitorinqi üçün yaradılıb və suda bəzi sahəni işıqlandırmağı, videogörüntü çəkməyi və avadanlığı zədələnmə baxımından tədqiq etməyi bacarır.