19 sentyabr 2023 00:46
250

Kanada Hindistan diplomatını ölkədən qovub

Kanada hakimiyyəti Hindistan kəşfiyyat orqanlarının 2023-cü ilin iyununda Kanada sikx icmasının lideri Hardip Sinqh Nizharın qətlində əli olduğuna dair iddialara görə yüksək səviyyəli hind diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə Kanadanın xarici işlər naziri Melani Coli deyib.

“Biz yüksək səviyyəli Hindistan diplomatını Kanadadan qovmuşuq. Ottava onun daxili işlərinə heç bir müdaxiləyə dözməyəcək”,-deyə, o bildirib.