19 sentyabr 2023 11:40
249

Britaniya səfiri Laçın və Ağdam yollarından Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayır

Ağdam-Xankəndi və Laçın yollarının Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələrinin Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq üçün açılmasını alqışlayır.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "X" sosial media platforması hesabında bildirib.

“Biz ümid edirik ki, bu yollardan müntəzəm istifadə etməklə həyati əhəmiyyətli yardımların çatdırılmasını davam edəcək”, - o qeyd edib.