19 sentyabr 2023 16:01
268

ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ATƏT sədri X hesabında bildirib.

"Bu gün mən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində görüşəcək və diplomatik təması davam etdirmək və davamlı sülh yolunda səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm", - nazir qeyd edib.