19 sentyabr 2023 21:15
213

Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinə giriş-çıxışı bağlayıblar

Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyinə giriş-çıxışı bağlayıblar və əməkdaşlar binanı tərk edə bilmirlər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Səfirliyin binasında giriş-çıxış bağlanıb. Əsas girişdə çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb. Uşaqlar və qadınların səfirliyə gətirildiyi iddiası doğru deyil, onlar üçün heç bir təhlükə yoxdur”, - diplomatik missiyadakı mənbə bildirib.