19 sentyabr 2023 21:32
259

Mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır - VİDEO

Ermənistan sosial media hesablarında paylaşılan mülki şəxslərin və mülki inrastrukturun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə məruz qalması barədə məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dəfələrlə qeyd etdiyimiz kimi mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir.

Qeyd olunan müvafiq faktlardan bəzilərini təqdim edirik.