BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib.
“Görüş cümə axşamı baş tutmalıdır", - adı çəkilməyən mənbə agentliyə deyib.
Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.
Agentlik xatırladıb ki, bu günlərdə BMT-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib