Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi Vidadi Fərhadov dəfn edilib.
“İki sahil”in xəbərinə görə, mərhumun nəşi Abşeron rayonunun Mehdiabad qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.