20 sentyabr 2023 15:48
409

Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi rəssam, aktrisa Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb.

“İki sahil” xəbər verir ki, nekroloqda səntçinin həm rəssamlıq, həm də kinematoqrafiya sahəsindəki fəaliyyətinə toxunulub.

Xatırladaq ki, Alagöz Salahova dünən gecə saatlarında 70 yaşında vəfat edib.

O, Xalq rəssamı Tahir Salahovun qızı və Özbəkistanın tanınmış rəqqasəsi Tamara xanımın nəvəsidir.

Alagöz Salahova həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin də ideya müəllifi idi. Abidənin gələn ilin əvvəllərinə hazır olacağı təxmin edilirdi.