20 sentyabr 2023 16:34
276

Türkiyənin vitse-prezidenti: Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq

"Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İzmirdə keçirilən “İş dünyası ilə məsləhətləşmə” toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə atdığı addımları dəstəkləyir: "Qarabağ Azərbaycan torpağıdır və Türkiyə Azərbaycanın addımlarını dəstəkləyir".