20 sentyabr 2023 17:19
206

Bölgədəki son vəziyyətlə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilir

Bölgədəki son vəziyyətlə bağlı Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilir.

“İki sahil”in xəbərinə görə, brifinqdə diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov məlumatlandırırlar.