20 sentyabr 2023 17:47
272

Hikmət Hacıyev: Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb

Gecə boyu Rusiya sülhməramlı qüvvələri ilə dialoq əsnasında mütəmadi əməkdaşlığımız davam edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O, qeyd edib ki, bu vasitə ilə Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb: “Bu baxımdan, yerli əhalinin təhlükəsizliyi koordinasiyalı formada təmin edildi. Azərbaycan Hərbi Qüvvələri, Rusiya sülhməramlıları və Türkiyə-Rusiya Monitorinq Mərkəzinə lazımı məlumatlar göndərildi. Prosesin davamı olaraq, Rus sülhməramlıları və beynəlxalq tərəfdaşlarla birlikdə tədbirlərimizi davam etdirirdik, təkliflər irəli sürülmüşdü. Yekun olaraq, saat 13:00 prosesin dayandırılması razılaşdırıldı”.