Regional sülh gündəliyinin dəstəklənməsində regional problemlərin regional çərçivədə həll olunması çox vacibdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan 3+3 platformasının tərəfdarı və təşəbbüskarıdır:
"Regional məsələlərin bu çərçivədə həll olunmasına çalışır. Ermənistan bir çox hallarda özünün günahkar olduğu regional məsələlərin həllini regionda görmür. Regionumuz üçün onun davranışları faydalı deyil. Təəssüflər olsun ki, tərəflər də vardır ki, onlar özlərinin malik olduqları problemləri regionumuza ixrac etmək istəyirlər. Cənubi Qafqaz regionunun bu məsələlərə ehtiyacı yoxdur. Azərbaycan bu gündəliyi dəstəkləyir. Son dövlər Ermənistanda baş verən proseslər Ermənistanın sanki Suriyaya bənzədiyini deməyə dəlalət verir".