20 sentyabr 2023 18:15
248

Hikmət Hacıyev: 30 il hərbi işğaldan əziyyət çəkməsinə baxmayaraq, sülh sazişi Azərbaycanın təşəbbüsü olub

30 il hərbi işğaldan əziyyət çəkməsinə baxmayaraq, 44 günlük müharibədən sonra sülh sazişi Azərbaycanın təşəbbüsü olub.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, sülh sazişində bir sıra əsas prinsiplər var:

“Ərazi bütövlüyü, müstəqillik, hərbi qüvvələrin istifadə edilməməsi və s. İki ölkə arasında diplomatik münasibətlərin qurulması hər iki ölkə tərəfindən bu prinsiplərin qəbul edilməsindən sonra həyata keçirilə bilər. Bütün bunlar sülh sazişi formasında mətn şəklində Azərbaycan tərəfindən Ermənistana təqdim edilib. Biz minnətdarıq ki, ABŞ, Rusiya kimi tərəfdaşlar bu danışıqlarda təşəbbüslər irəli sürüb”.