Digər ölkələr arasındakı geosiyasi rəqabəti və rəqabətin Cənubi Qafqaz regionuna daşınmasına ehtiyac yoxdur.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O deyib ki, Cənubi Qafqaz onsuz da uzun müddət münaqişələrdən əziyyət çəkib:
“Ermənistan da bu kimi siyasətlərin həyata keçirilməsinə regionumuzda alət olmamalıdır. Təəssüflər olsun ki, üçün hallarda Ermənistan bu cür funksiyaları yeninə yetirməyə niyyətli görünür”.