Ermənistan öz dövlət büdcəsi ilə hələ də maliyyə, siyasi və hərbi cəhətdən Azərbaycan ərazisindəki qondarma rejimə dəstək göstərirdi.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O, qeyd edib ki, bu proses dayandırılarsa, gələcəkdə sülh üçün yaxşı şanslar və şəraitlər yaranacaq: “Bugünkü ilkin razılıq həmin hərbi qüvvələrin Azərbaycan ərazisindən tam uzaqlaşdırılmaq yolunda olduqca əhəmiyyətlidir. Sülh sazişi geosiyasi region xəritəsini Cənubi Qafqazda müsbət mənada dəyişəcək”.