Beynəlxalq tərəflərin qıcıqlandırıcı təşəbbüs və cəhdləri uzunmüddətli dayanıqlı sülhə heç bir töhfə verməyəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
Ətraflı
O qeyd edib ki, Avropa Parlamenti tərəfindən qərəzli qiymətləndirmələr görürük:
“Mən adıçəkilən qurumun Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram. Burada təfərrüatlara varmaq istəmirəm. O baxımdan, bu bəyanatları ciddi qəbul etməməyə çağırıram”.