20 sentyabr 2023 20:51
248

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar regiona səfər edəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar regiona səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel X hesabında bildirib.

"Azərbaycanın Qarabağ ermənilərinə qarşı hərbi əməliyyatını nəzərə alaraq mən Aİ-nin Xüsusi Nümayəndəsi Toivo Klaarı bölgəyə göndərmək qərarına gəldim.

O, vəziyyət barədə məlumat verəcək", Borrel bildirib.