21 sentyabr 2023 15:03
370

Azərbaycan mədəniyyət xərclərini 4 % artırır

2024-cü ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 574,8 milyon manat olması nəzərdə tutulur.

"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,4 % çoxdur.