Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində görüşdə olan Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Xankəndiyə yola düşüb.
“İki sahil” xəbər verir ki, onların avtomobilləri artıq işğaldan azad edilmiş Ağdam şəhərindən keçərək, Xankəndi istiqamətində hərəkət edib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.
Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.
TDT Azərbaycanda 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini alqışlayır
Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər