Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri yanacağa ehtiyaclarının olduğunu bildiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Qarabağın erməni sakinlərini Yevlaxda keçirilən görüşdə təmsil edən Sergey Martirosyan və David Melkumyan Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri ilə keçirilən görüşdə deyiblər.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.
Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
TDT Azərbaycanda 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini alqışlayır
Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər