Böyük Britaniya Azərbaycana kibertəhlükəsizlik sahəsində dəstək verməyə hazırıdır.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "X" hesabında bildirib.
"Azərbaycan çətin qonşuluqda yerləşir və kiberhücumların törədə biləcəyi təhlükələrə və onların qarşısının alınması üçün ən yaxşı üsullara xüsusi diqqət yetirilməlidir.
Böyük Britaniya şirkətləri Azərbaycana bu sahədə dəstək göstərməyə hər zaman hazırdır", səfir paylaşımında qeyd edib.
TDT Azərbaycanda 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının qəbul edilməsini alqışlayır
Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər