21 sentyabr 2023 17:05
443

Snup Doqqun İrəvandakı konserti təxirə düşdü

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də Ermənistanın paytaxtında amerikalı reper Snup Doqqun stadionda konserti planlaşdırılırdı.

“İki sahil” xəbər verir ki, konsert təxirə salınıb. Bu haqda tədbirin təşkilatçısı olan şirkətə məxsus "Doping space" səhifəsində paylaşılıb. Bildirilib ki, İrəvanda Ermənistanın Müstəqillik Günü münasibətilə planlaşdırılan gecə baş tutmayacaq. Konsert başqa bir tarixə salınsa da, dəqiq gün açıqlanmayıb. 

Qeyd edək ki, Ermənistan hökuməti konsert üçün 6 milyon dollar xərc çəkib. Bir neçə gündür konsertin keçirilməsi planlaşdırılan stadionda səhnə qurulur. Snup bir müddət əvvəl İrəvanda konsertini elan edərkən Qarabağ bölgəsini "Artsax" adlandıraraq təxribat xarakterli mesaj yayımlayıb, Azərbaycana qarşı hörmətsizlik edib.