21 sentyabr 2023 19:59
413

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib - VİDEO

Sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.

Peşəkar hərbi həkimlərimiz tərəfindən erməni əsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.