22 sentyabr 2023 08:04
180

Fransa Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına üzv kimi daxil edilməsini dəstəkləyib

Fransa Afrika ölkələrinin, eləcə də G4 dövlətlərinin (Braziliya, Almaniya, Hindistan və Yaponiya) BMT Təhlükəsizlik Şurasına daimi üzvlər kimi daxil edilməsini dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Katrin Kolonna BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib.

"Biz BMT Təhlükəsizlik Şurasının islahatına təkan tapmalıyıq və burada təbii ki, onun genişlənməsindən söhbət gedir. Biz Afrika dövlətlərinin Şurada, o cümlədən daimi əsasda daha geniş iştirakının tərəfdarıyıq. Biz həmçinin G4 ölkələrinin namizədliyini dəstəkləyirik", - deyə o qeyd edib.

Fransa diplomatiyasının rəhbəri Afrika qitəsində hansı ölkələri nəzərdə tutduğunu açıqlamayıb.