22 sentyabr 2023 09:01
175

İstanbulda yol qəzası zamanı dörd nəfər ölüb

İstanbulun Bahçelievler bölgəsində avtomobil ramvay körpüsünün divarına çırpılıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qəzada avtomobildə sıxışıb qalan 4 nəfər həyatını itirib.

Hadisədən sonra aparılan araşdırmalar zamanı avtomobildə 2 silah olduğu öyrənilib.