23 sentyabr 2023 18:44
282

Qarabağda yaşayan erməniəsillilərdən bəziləri Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib

“Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var”.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.
DİN rəsmisinin sözlərinə görə, erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılacaq: “Onların pasportlaşması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır”.