24 sentyabr 2023 01:08
266

Rusiya sülhməramlı qüvvələri Qarabağa növbəti humanitar yardımı çatdırıb - VİDEO

Rusiya sülhməramlı qüvvələri Gorus - Xankəndi yolu ilə növbəti humanitar yardımı çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə erməni "Telegram" kanalları məlumat yayıb.

Məlumata əsasən, ümumi çəkisi 150 tona yaxın olan humanitar yardım çərçivəsində un, yağ, maya, uşaq qidaları və digər məhsullar çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsinə, Laçın yolundan istifadə etməklə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəsilə 65 ton un və çörək bişirmək üçün zəruri məhsullar çatdırılıb.