Aprelin 22-də Tərtər rayonunun İlxıçılar kəndinə yenidən təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.Bildirilmişdir ki, 207 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14922 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.