26 sentyabr 2023 18:14
11999

Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir

Fransadakı və Avropadakı erməni lobbisinin əlində alətə çevrilmiş Avropa Parlamenti uzun illər Azərbaycanıa qarşı riyakar və qərəzli mövqe nümayiş etdirib, keçmiş Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müzakirələrdə ermənilərin maraqlarını təmin edən fikirlər sələndirilib. Bu qurum Qarabağ problemi başa çatdıqdan sonra da Azərbaycan qarşı öz çirkin və ədalətsiz mövqeyini davam etdirib, 2023-cü ilin yanvar  ayında Avropa Parlamenti ermənipərəstliyini növbəti dəfə ortaya qoyaraq qəbul etdiyi qətnamədə yenə də anti-Azərbaycan məzmunlu bir sıra bəndlərə yer verib. Avropa Parlamentinin bu davranışları bu qurumun regionda müsbət proseslərin, sülhün deyil, məhz problemlərin tərkib hissəsinə çevrildiyi göstərir. Azərbaycanın erməni terrorizminə qarşı apardığı anti-terror əməliyyatlarını qınamaqla AP bir daha bölgədə sepratizmə rəvac verdiyini, gərginliyin artmasına təhrikedici zəmin yaratdığını göstərir. Bu isə AP-nin belə yanaşmaları ilə ilə qanunsuzluğu, ksenofobiyanı təşviq etməsinə dəlalət edir.

Avropa Parlamentinin indiyədək Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrin heç biri hüquqi əsasları olmayan sənədlər kimi tanınıb və bu baxımdan boş bir kağız parçasıdır. Belə qətnamələr, qarayaxma kampaniyaları hec vəchlə Azərbaycanın iradəsinə təsir göstərə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz. Azərbaycan xalqı 2020-ci ildə yüksək vətənpərvərlik, həmrəylik, əzm, qətiyyət nümayiş etdirərək düşməni torpaqlarımızdan qovdu və ölkənin ərazi bütövlüyünü təmin etdi.  Postmüharibə dövründə isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, Böyük Qayıdış planı reallaşdırılır. Azərbaycanın aydın gündəliyi var və hədəflərinə doğru inamla irəliləyir. Ancaq Ermənistanın himayə etdiyi bölgədəki separatçılar buna mane olurdu, ona görə də Azərbaycan öz legitim hüquqlarından istifadə edərək bu əməliyyatları həyata keçirdi. Avropa Parlamenti anlamalıdır ki, artıq sepratçılar təslim olaraq bölgədə Azərbaycanın irəli sürdüyü dinc və təhülkəsiz yaşayış, reinteqrasiya təşəbbüslərini qəbul ediblər.

Ermənistan hökuməti aqressiv separatizmin və Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinin perspektivlərinin olmadığını anlamır. Ermənistan işğal siyasətinin dayandırılmasına dair qəbul edilmiş qətnamələri, eləcə də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həlli prosesində iştirak etməli olduğunu başa düşməlidir. Dərin sosial-iqtisadi böhran, çoxsaylı cinayət təqibi faktları, siyasi rəqiblərin üstələnməsi istiqamətində atılan addımlar, son vaxtlar bir sıra qeyri-qanuni və Konstitusiyaya zidd olan dəyişiklikləri qüvvəyə mindirmək cəhdləri Ermənistanda sağlam demokratiya mühitinin inkişafı üçün çox böyük maneələr olduğunu göstərdi. Son hadisələr isə bir daha sübut etdi ki, Ermənistan təcavüzkar ərazi ekspansiyası siyasətini yürütməkdə davam edir.

“AŞPA qərarları hətta bəzi hallarda hadisələrin gedişinə təsirsiz qalsa da ən azı fərqli mövqelərin parlament səviyyəsində ortaya qoyulması, fərqli baxışların və yanaşmaların müqayisəli şəkildə dəyərləndirilməsi üçün vacib bir formatdır. Bu platformadan faydalı və səmərəli şəkildə istifadə etmək bütün Avropa Şurası üzvləri üçün, o cümlədən ölkəmiz üçün faydalıdır və zəruridir”.

Bizim üçün öz mövqeyimizi, Azərbaycan həqiqətlərini daha geniş çərçivədə siyasi diskussiyalara təqdim etmək, bizə qarşı rəqiblərimiz tərəfindən aparılan qarayaxma kampaniyalarına əsaslandırılmış cavablar vermək və əks tərəfin təbliğatını neytrallaşdırmaq, bir sözlə ölkəmizin milli maraqlarının müdafiəsi baxımından AŞPA-da aparılan müzakirələri faydalı hesab edir. “Qəbul olunan qərarlar isə sadəcə nəzərə alınmaq üçündür. Bizim mənafeyimizi müdafiə edən qərarların qəbul olunması bizə erməni təbliğatına qarşı hüquqi arqumentlər bazasını genişləndirməyə imkan verir və biz belə qərarları bu və ya digər məsələdə öz mövqeyimizi möhkəmləndirmək və müdafiə etmək üçün istifadə edirik”. ermənilərin Azərbaycana qarşı kampaniyaları təkcə AŞPA çərçivəsində deyil, bütün beynəlxalq platformalarda aparılır və dünya erməniliyi ümumiyyətlə, türk dünyasına qarşı heç bir fakta əsaslanmayan, saxta ittihamlar əsasında təşkil olunmuş belə kampaniyalar təşkil etməyin 100 ildən çox təcrübəsinə malikdirlər:

“Bu kampaniyaların təşkili mexanizmi – yəni dünya boyunca təşkilatlanmış erməni diaspor və lobbi təşkilatlarının birgə fəaliyyəti, bu fəaliyyətlərin aparılması üçün yaradılan qanuni və qeyri-qanuni maliyyə qaynaqları, erməni maraqlarını müdafiə etmək üçün dünya miqyasında cəmiyyətin müxtəlif təbəqələrində tanınmış isimlərin bu işə cəlb edilməsi tədbirləri artıq bizə yaxşı məlumdur. Biz ermənilərin bütün bu qeyri-leqal mübarizə vasitələrini ifşa etməklə dünya birliyinə daha doğru məlumatların yayılmasını təmin etməliyik və edirik. Bu işdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə türk və azərbaycanlı diaspor icmalarının birgə fəaliyyəti də təmin olunub. Beynəlxalq erməni diasporunun Ermənistan dövləti ilə birlikdə keçən 100 il ərzində 1915-ci il hadisələrini rəsmən soyqırımı kimi tanıda bilməməsi də bu fəaliyyətlərin nəticəsidir. Məncə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra dünya ictimaiyyəti üçün ermənilərin iç üzü bir daha açıldı. İndidən sonra ermənilər əvvəllərdə olduğu kimi öz məkrli hiylələrini çox geniş işlədə bilməyəcəklər”. Ermənistan dövləti, erməni diasporu, onların maliyyələşdirdikləri və sırf erməni maraqlarına xidmət edən çoxsaylı beyin mərkəzləri, eləcə də ayrı-ayrı ölkələrdə və beynəlxalq təşkilatlarda ermənilərin qeyri-leqal maliyyə mənbələrindən pay alan çoxsaylı korrupsioner siyasətçilər ermənilər tərəfindən ortaya atılan bütün saxta iddiaları təbliğ etmək və onları beynəlxalq auditoriyaya yaymaqla məşğuldurlar. Azərbaycan və Türkiyə məhz belə böyük bir qüvvə ilə – erməni təbliğat maşını ilə mübarizə aparır ki, Soros Fondu da bu nəhəng təbliğat maşınının bir elementidir. Artıq bütün dünyaya məlumdur ki, bu günkü Ermənistan rəhbərliyində təmsil olunan qüvvələr məhz Soros Fondunun məhsuludur. Amma bütün bunların qarşılığında bizim mövqeyimiz qətiyyən zəifləmir və ildən-ilə daha da güclənir. Çünki beynəlxalq hüquq və həqiqət bizim tərəfimizdədir.

Ötən dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri dəqiq yerinə yetirdi. Ermənistan isə davamlı olaraq sülh təşəbbüslərinə mane oldu, Azərbaycana qarşı təxribatlar törətdi, mina xəritələrini təqdim etmək əvəzinə, ərazilərimizdə yeni minalar basdırdı. Ermənilər müxtəlif bəhanələr gətirərək həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina edir, daha çox Azərbaycanlının bu minalar nəticəsində həyatlarını itirmələrinə nail olmağa çalışırdılar. Ancaq onların bu arzusu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində iflasa uğradı. Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Baş verən son hadisələr bu fikri bir daha təsdiq edir.

Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq. Artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq.

Eyni zamanda, minaların xəritəsinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri də xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır.

Biz bir xalq olaraq, ölkə olaraq bundan sonra da bir olmalı, növbəti erməni təxribatlarına hazır olmalı və dərhal onun qarşısını birlikdə almalı, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına azad olunan torpaqlarımızda yeni həyat qurmaq üçün əlimizdən gələni əsirgəməməli, bir vətəndaş olaraq üzərimizə düşən missiyanın öhdəsindən layiqincə gəlməliyik. Cənab prezidentimizin də dediyi kimi:“Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

Daim xalqın iradəsini və ölkəmizin maraqlarını uca tutan  Prezident cənab  İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələr vermişdir. Bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Bütün təzyiqlərə, təhdidlərə mərdliklə sinə gərən Azərbaycan “Dəmir Yumruq” sayəsində Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Bir neçə gün öncə isə keçirilən anti-terror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bərpa edildi. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir və onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı