28 sentyabr 2023 00:45
441

COVID-19 yüngül yoluxucu xəstəlikləri daha da ağırlaşdıra bilər

Koronavirus insan immunitetinə təsir edir və hətta müəyyən insan qruplarında immunosupressiyaya səbəb ola bilər. Bu səbəbdən əvvəllər yüngül keçirilən yoluxucu xəstəliklər ağırlaşmalara səbəb ola bilər.

Bunu Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.

Popova qeyd edib ki, ekspertlər vəziyyətin inkişafını diqqətlə izləyirlər, çünki hazırda dünya əhalisi səviyyəsində immunitetlə bağlı müəyyən problemlərin olduğu aydındır. Onun sözlərinə görə, infeksiya kimi koronavirus insanın immun sistemi üçün o qədər təsiredicidir ki, həkimlər müəyyən qrup insanlarda immunosupressiyanın belə yaranmasından danışırlar. Buna görə də koronavirusdan sağalmış insanlarda əvvəllər yüngül olan yoluxucu xəstəliklər (əsasən viral xəstəliklər) sonradan daha ağır keçə və fəsadlara səbəb ola bilər.

“Rospotrebnadzor”un rəhbəri Anna Popova tövsiyə edir ki, hazırda yuxarı tənəffüs yolu xəstəliklərinə yoluxma hallarının artması və immunitet sistemi ilə bağlı problemlərin fonunda siz daha diqqətli olmalı, orqanizminizə qulluq etməli, profilaktik tədbirlərə əməl etməli və peyvənd olunmalısınız.

Nubar Süleymanova, “İki sahil”