“Azərbaycan ordusu Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbiri zamanı mülki əhalini hədəf almayıb”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC”yə açıqlamasında deyib.
O, tədbirin sanki cərrahiyə əməliyyatı kimi icra olunduğunu və yalnız legitim hərbi hədəflərin zərərsizləşdirildiyini bildirib.
“Prosesin icra sürəti onu göstərir ki, bizim niyyətimiz əməliyyatı mümkün qədər tez başa çatdırmaq olub. Belə etməklə həm də qarşı tərəfə göstərdik ki, Azərbaycanın suveren ərazisində qanunsuz saxta dövlət strukturunun mövcudluğu davam edə bilməz” - Əmirbəyov bildirib.
Sahibə Qafarova Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb
Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib