28 sentyabr 2023 10:35
444

David Babayan Azərbaycana təslim olur

Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təslim olacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

“Azərbaycanda qara siyahıyadıyam və Azərbaycan tərəfi müvafiq araşdırma üçün Bakıya gəlməyimi tələb edib”, – deyə separatçı öz sosial media hesabında yazıb.

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.