06 aprel 2018 15:13
2520

Süni işıqlandırma epidemiyaya səbəb ola bilər

Diabet, artıq çəki və hətta xərçəng xəstəliyi - yeni tədqiqatlar, süni işıqlandırmanın insan sağlamlığı üçün nə qədər təhlükəli olduğunu göstərib.

Kosmosdan gecələr əhalisi sıx olan şəhərlər süni işıqların hesabına çox gözəl görünür.

Tarixçilər əminliklə bildiriblər ki, küçələrdə yerləşdirilən aydın işıqlar cinayətlərin  səviyyəsini aşağı salıb, sənaye sahəsində isə yüksəlişə səbəb olub. Bundan başqa, aydın işıqlandırma gecələr belə insanların aktiv həyat tərzi keçirmələrinə imkan yaradıb.

Lakin çox az insan süni işıqların sağlamlığa ciddi zərər yetirdiyi haqda məlumata sahibdir. Bir çox ekspertlər hesab edirlər ki, həddindən artıq aydın işıq müasir epidemiyanın yaranmasına səbəbdir.

Gecələr smartfonun aydın ekranı çox zərərlidir, belə ki, yuxunun keyfiyyətinə ciddi şəkildə zərər yetirir.  Çöldən gələn fənər, avtomobil və reklam asqılarının işıqları belə təhlükəyə səbəb ola bilər.

Bostondan olan professor Stiven Loklinin sözlərinə görə, elektrik işıqlar təbii yuxu siklini bizdən uzaqlaşdıra bilər. Bu o deməkdir ki, hətta havanın qaranlıq vaxtı belə, ünsiyyəti davam etdirmək mümkündür, lakin insan orqanizmi bundan əziyyət çəkir, belə ki, günəş batandan sonra yaranan işıqlandırma təbii deyil. Ritmin pozulması isə diabetə, çəki artımına, depressiyaya və hətta xərçəng xəstəliyinə səbəb ola bilər.

 Alimlər hesab edirlər ki, əgər nəhəng ölkələrdə işıqlandırma səviyyəsi bu ritmlə davam  edərsə, o zaman 2050-ci ildə işıqlandırma planetimizdən iki dəfə çox sahəni əhatə edəcək.

Könül Əliyeva, “İki sahil”