26 aprel 2016 01:48
204

Avtomobil sahibindən "qaçdı”

Demək olar ki, hər gün yol-nəqliyyat qəzaları haqda xəbərlər eşidirik. Qəzaların əksəriyyəti  məhz sürücülərin məsuliyyətsizliyi səbəbindən baş verir. Bu dəfə isə bir qədər fərqli hadisə baş verib. Yol kənarında park edilmiş avtomobil qəfil hərəkətə gəlib.

Avtomobilin sürücüsü baqajdan əşyaları çıxarmaq üçün maşından düşüb. Bu vaxt nəqliyyat vasitəsi qəfildən hərəkətə gələrək, magistral yola çıxıb. Nə edəcəyini bilməyən sürücü, maşını saxlaya bilmək üçün böyük çaba sərf edib. Avtomobilin  pəncərəsindən başını içəri salan sürücü, nəqliyyat vasitəsini durdurmağa çalışsa da, heç cür istəyinə nail ola bilməyib. Gücü qalmayan sürücü  yerə yıxılıb və avtomobillə birlikdə xeyli  sürünüb. Sonda avtomobil başqa bir nəqliyyat vasitəsinə dəyərək dayanıb.

Hadisənin necə baş verdiyi, avtomobilin anidən necə hərəkət etdiyi hələlik məlum deyil.