26 aprel 2016 16:00
119

İranın Milli Neft Şirkəti BP ilə neft satışına dair sənəd imzalayacaq

İranın Milli Neft Şirkəti (NIOC) “British Petroleum” (BP) şirkəti ilə neft satışına dair sənəd imzalayacaq.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell”dən sonra BP şirkəti də NIOC-dan neft almaq üçün görüşlərə başlayıb.

NIOC-un beynəlxalq əlaqələr üzrə icraçı direktoru Seyid Möhsün Qamsari BP ilə görüşlərin keçirildiyini təsdiqləyib. Qeyd edib ki, əgər razılıq əldə olunarsa, BP-yə satılan neft Şimali Afrika və digər ölkələrin neft emalı zavodlarına göndəriləcək.