27 aprel 2016 01:38
1108

Varlı dilənçi

Birləşmiş Ərəb Əmirliklərində aylıq gəliri 70 min dollar olan dilənçi saxlanılıb.

Əslində bu ölkədə dilənməyə icazə verilmir və qanunla cəzalandırılır.

"ATV Xəbər" bildirir ki, polisin məlumatına görə, Dubayda saxlanılan növbəti peşəkar dilənçi xarici vətəndaş olub. Rəsmilər bildirib ki, dilənçilər əsasən pulları cümə günləri məscidlərin ətrafında və başqa tanınan ictimai yerlərdə qazanırlar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin ilk üç ayında Dubayda 60 dilənən xarici vətəndaş həbs edilib.