05 aprel 2018 01:12
1093

Kosmosda qədim qasırğa kəşf edildi

ABŞ və Almaniyadan olan bir qrup astronom Persey bürcündəki spiral qaz sistemini tədqiq ediblər.

Tədqiqatın nəticələrinə əsasən, qaz sisteminin tərkibində  davamlı soyuq axın var. Bu soyuq axın Yer kürəsindəki atmosferə bənzəyir.

Amma ölçüsü iki milyon işıq ilidir və artıq 5 milyard ildir ki, mövcuddur.

Tədqiqat zamanı məlum olub ki, onun tempraturu 80 milyon kelvin, ətraf ərazilərdə isə 80 milyon kelvindir.

Ehtimal edilir ki, soyuq hissə Perseyin özündən kiçik digər qalaktika klasteri ilə toqquşması nəticəsində yaranıb.