11 oktyabr 2023 22:38
675

Paraşütdən tullanan 104 yaşlı nənə öldü - FOTO

Dünya rekordunu qıran 104 yaşlı qadın vəfat edib.

“İki sahil” xəbər verir ki, təyyarədən paraşütlə atlayaraq dünya rekordu qıran Çikaqolu qadın 104 yaşında dünyasını dəyişib.

Dorothy Hoffner adlı qadının ölüm səbəbinin həyata keçirdiyi dünya rekordu ilə əlaqəli olmadığı bildirilir. Onun yaşı ilə əlaqədar dünyadan köçdüyü düşünülür.