12 oktyabr 2023 11:22
207

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Minskdə keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn ilin aprelin 12-də Minskdə keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Birlik Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən geniş tərkibdə iclasında bildirib.

Onun sözlərinə görə, müvafiq qərar XİN rəhbərləri tərəfindən məhdud tərkibdə keçirilən iclasda qəbul edilib.

Lebedev həmçinin qeyd edib ki, MDB ölkələrinin xarici işlər nazirləri məhdud tərkibdə keçirilən görüşdə beynəlxalq gündəlikdəki aktual məsələlər və Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.