"Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır".
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman sülhün, demokratiyanın, söz azadlığının tərəfində dayanan ölkədir: "Bu gün İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı demokratiya yolunda inamla addımlayır, öz suverənləyini, xöşbəxtliyini bu siyasət əsasında bundan sonra da daha da möhkəmləndirəcək".
Komitə sədri qeyd edib ki, dövlət başçısı İlham Əliyev qısa müddət ərzində Azərbaycan xalqının maraqlarını geniş arenada tam məsuliyyəti ilə qoruyaraq ölkəmizin gələcəyi üçün çalışdığını göstərib və bununla da hər kəsin məhəbbətini qazanıb: "Ötən müddət ərzində Prezident Azərbaycanın qüdrətli iqtisadi inkişafını təmin edib, ölkəmizi dünya siyasətində həlledici sözə malik dövlətə çevirib".
Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib