"Fransanın Azərbaycanla bağlı ittihamları əsassızdır"
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Azərbaycanın öz torpağı olan Qarabağda erməni terrorçuların çıxarılması üçün antiterror tədbirləri keçirdi: "Antiterror tədbirləri nəticəsində terrorçular ərazidən çıxarıldı. Bundan sonra Azərbaycana qarşı soyqırım ittihamları səsləndi. Amma bu təsdiqlənmədi. Ümumiyyətlə, belə bir şeydən söhbət gedə bilməz. Əraziyə göndərilən BMT missiyaları nəyəsə nail ola bilmədi. Xüsusilə Fransanın ittihamlarının heç bir əsası yoxdur”.
Ö.Çəlik həmçinin bildirib ki, Azərbaycan Qarabağdakı ermənilərə qalıb yaşamağı da təklif edib.
Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib