12 oktyabr 2023 18:42
278

Nazir müavini Haaqa məhkəməsində Qarabağın erməni sakinlərinin reinteqrasiyasından danışıb

Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır. Azərbaycan onları Qarabağdakı evlərinə qayıtmağa cəsarətləndirir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

XİN rəhbərinin müavini diqqətə çatdırıb ki, Azərbaycan etnik ermənilərin və etnik azərbaycanlıların dinc şəkildə yanaşı yaşadığı öz çoxmillətli icmasını qorumaq istəyir.