28 aprel 2016 18:57
113

“Total”dan qlobal neft təklifi ilə bağlı xəbərdarlıq

Dünyanın ən böyük neft istehsalçılarından sayılan Fransanın “Total” şirkətinin idarə heyətinin sədri Patrik Pouyane qlobal neft bazarının qarşıdakı 3 ildə təklif qeyri-müəyyənliyi yaşayacağı qənaətindədir.

AZƏRTAC xəbər verir ki, P.Pouyane neftin qiymətinin ucuzlaşmasının təsiri ilə neft nəhənglərinin xərclərini və sərmayələrini azaltmağa məcbur olduqlarını deyib. O, təxminən 2 ildir “qara qızıl”ın qiymətinin aşağı olması səbəbindən neft sənayesində ümumi xərclərin 2014-cü ildəki 700 milyard dollardan 2015-ci ildə 500 milyard dollara gerilədiyini, bu il isə 400 milyard dollara düşməsinin gözlənildiyini qeyd edib.

P.Pouyane deyib: “Bəlkə də investisiyalardakı azalmanın təsiri dərhal görünməyəcək, lakin 3 il sonra qlobal neft bazarında təklif qeyri-müəyyənliyi yaşanacaq”.