13 oktyabr 2023 09:28
293

Şimali Kipr Prezidenti Fəxri xiyabanı ziyarət edib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Fəxri xiyabanı ziyarət edib.

“İki sahil” xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, xatirəsi anılıb.