13 oktyabr 2023 14:10
331

MDB liderləri Azərbaycanın 2025-ci ildə MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəkləyiblər

Humanitar sahə MDB çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığımızın inkişafına böyük töhfə verir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında səsləndirib.

Dövlət başçısı Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarına minnətdarlığını bildirib.